Modern.az

Kolxoz sədri İvanovkada təfriqəçılık yaradır - azərbaycanlıları qovmağa çalışır

Kolxoz sədri İvanovkada təfriqəçılık yaradır - azərbaycanlıları qovmağa çalışır

Ölkə

6 Avqust 2014, 12:23


Rusların (Malakanların) Azərbaycan ərazilərinə köçürülməsi və İsmayıllı rayonunun İvanovka kəndində məskunlaşmalarının tarixi, əslində, ictimaiyyətə məlumdur. Artıq uzun illərdir digər milli azlıqlar kimi bu kəndin sakinləri də Azərbaycanda problemsiz yaşayırlar. Son illər azərbaycanlılar da ev alıb bu kənddə məskunlaşmağa başlayıblar.  Azərbaycanlılar bu kənddən aldıları evlrərə adətən yay aylarında istirahət etmək məqsədilə gəlirlər.

Modern.az saytının məlumatına görə, İvanovkanın – Nikitin adına kolxozun sədri Nikolay Nikolayeviç Dubrovin milliyətcə azərbaycanlı olan sakinlərə şovinistcəsinə «gəlmələr» damğası vuraraq, ayrıseşkilik qoyur ki, bu da yumşaq desək, təəccüb və təəssüf hissi doğurur. Halbuki azərbaycanlılar İvanovkada məskunlaşan ruslara (malakanlara) həmişə hörmət və ehtiramla  yanaşıblar.

3-4 ay bundan əvvəl Nikitin adına kolxozun sədri seçilən Nikolay Dubrovin kənddə təxribat yaratmaqla, azərbaycanlılara qarşı ayrıseçkilik siyasəti aparmaqla, təfriqəçilik yaymaqla məşğuldur. Kolxoza rəhbərlik etməyə başlayan kimi N.Dubrovin kolxozçuların ümumi yığıncağını keçirərək, İvanovka kəndində yalnız rusların yaşamaq haqqının olduğunu bildirib, kənddə məskunlaşanlara «gəlmələr» adı qoyaraq açıq şəkildə onları sıxışdırmaq, kənddən uzaqlaşdırmaq siyasəti aparacağını bəyan edib. Bundan sonra ilkin olaraq kəndin küçələrindən zibil qablarını yığışdırtıb ki, «gəlmələr» dediyi azərbaycanlılar zibil atmağa yer tapmayıb vəziyyətdən bezsinlər. Harzırda bu kənndə məskunlaşan azərbaycanlılar məişət tullantılarını hər gün kənddən neçə kilometr məsafədə olan İsmayıllı şəhərinə aparmalı olurlar.

N.Dubrovin kənddəki evlərini satmaq istəyən ruslara hədə-qorxu gələrək onlara evlərini satmağı qadağan edib, kənddən gedənləri «fövqəladə» güclərin hesabına geri qaytaracağını bildirib.

Hələ bu harasıdır, N.Dubrovin kənddə yaşayan və kolxozun qoyunçuluq təsərrüfatında işləyən ləzgilərə xəbərdarlıq edib ki, qoyunçuluğu ləğv edib, əvəzində donuzçuluğu artıracaq. Bununla kolxoz sədri kənddə olan ləzgiləri də kənddən uzaqlaşdırmaq siyasəti aparır. Ləzgilər isə qoyunçuluqla məşğul olmaq istədiklərini, işsiz qalacaqları halda buradan köçüb getməyə məcvbur olacaqlarını bildirilər. Halbuki indi kənd əhalisin yarısını ləzgilər təşkil edir.

Kənddə ən acınacaqlı vəziyyət isə su təchizatının süni surətdə əngəllənməsidir. 2-3 il bundan əvvəl kəndə köhnə boru xətti ilə normal su gəlirdi. İndi nə köhnə, nə də ötən il çəkilən yeni su xəttindən kəndin su təhcizatını təmin etmək mümkün olmur.

Halbuki, yeni su xəttinin çəkilməsi üçün ölkə başçısının sərəncamı ilə dövlət büdcəsindən birinci dəfə 4 milyon, ikinci dəfə 3,8 milyon manat vəsait ayrılıb. Ciddi sual orataya çıxır: əvvəla, köhnə su xətti ilə kəndə gələn su necə olub, suyun mənbəyimi batıb? İkincisi, dövlətin ayırdığı 7,8 milyon manat vəsait hesabına çəkilən su xətti niyə fəaliyyət göstərmir? Tikintiyə rəhbərlik edən qurumların,  xüsusilə Maliyyə Nazirliyinin nümayəndələri bu vəsaitin hara xərclənməsi ilə maraqlansalar yəqin ki, məsələyə aydınlıq gətirmək olar.

İndiki vəziyyətdə kənddə kolxozçulara müəyyən vasitələrlə su verilir. Kəndin su maşınları, yanğınsöndürən maşınlar kolxozçulara və ruslara su verirlər, azərbaycanlılar bu maşınların sürücülərindən xahiş edəndə belə, hətta pul təklif etsələr də, onlara su verilmir, su daşıyanlar açıq şəkildə bildirirlər ki, «sizə su versək, kolxoz sədri bizi işdən qovar». İndi hansı zamandır ki, kolxoz sədri öz vəzifə səlahiyyətrlərini aşıb  azərbaycanlıları «gəlmələr» adlandırır, onlara su verilməməsinə qadağalar qoyur, Kəndin icra nümayəndəsi, rayon icra hakimiyyəti, inzibati orqanların rəhbərləri hara baxırlar? Artıq iki həftədən çoxdur ki, kəndin küçə işıqları da söndürülüb, yalnız kolxoz idarəsinin və Heydər Əliyevin heykəlinin ətrafında küçə işıqları yandırılır.

Kəndə su verilməməsi rus əhalini də bezdirib, donuz və inəkləri suvarmaq, digər işlərini görmək çətinliklər yaradır. Lakinonlar kolxoz sədrindən ehtiyatlanır, gözləmə mövqeyi tuturlar. Dubrovin onlara təbliğ edir ki, «bütün bunlar sizin xeyrinizədir, buranı Nikitinin vaxtındakı səviyyəyə çatdıracağam».

Əhali ciddi şəkildə tələb edir ki, qısa zamanda bu özbaşınalığa son qoyulsun, süni yolla yaradılan bu təxribatların qarşısı təcili alınsın və baiskarlar layiq olduqları cəzanı alsınlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi