Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü
Keçən günlərdə Suriyanın Kobani şəhərində baş verənləri bəhanə edərək, qardaş Türkiyədə ictimai asayişi qarışdırmaq istəyən PKK öz iğtişaşlarını "kürdlərin kütləvi etirazı" kimi təqdim etmək istədi. Yalnız öz tarixini bilməyənlər (yaxud bilməzdən gələnlər!), eləcə də, türk dövlətinin öz kürd vətəndaşları ilə PKK simpatizanları arasında heç zaman bərabərlik işarəsi qoymadığını bilməyənlər (bilməzdən gələnlər!) belə edər yəqin... - Osmanlı tarixini vərəqləyən, Türkiyə Cümhuriyyəti quruculuğunu, İstiqlal savaşını... oxuyanlar, öyrənənlər bilməmiş deyil ki, türklər başqa millətləri özləri kimi qorumuş, qayğısına qalmışlar... PKK yanlıları kürd xalqının, sadə kürd insanının, Türkiyənin vətəndaşı olma qürurunun fərqində olan kürdlərin adından danışmaq yetkisinə sahib deyil və bilməlidilər ki, məhz Osmanlı, məhz Türkiyə onların qoruyucusu, arxa-dayağı olub... Digər millətlər kimi onların da ağır günündə Türkiyə onlara sahib cıxıb. – Uzağa getməyək: daha bugünlərdə 800 suriyalı kürd yaralısına qapısını açan, pulsuz müalicə edən, 200 min kürdü qaçqın kimi öz ərazisində yerləşdirən Türkiyə deyil də, bəs hansı ölkədir.?!
...Bəs axı nə istəyir İstanbulun küçələrində polisə basqın edənlər?.. – Özləri də bilir ki, bununla böyük Türkiyəyə heç nə edə bilməyəcəklər..! Uzağa getməyək, baxın, bəzi xarici güclərin qardaş Türkiyədə uyğuladığı separatçılıq – PKK təxribatı 30 ildən artıqdır davam edir. Kim qazandı? – Hər ziyanda (şərdə) bir xeyir var, deyib atalar. – (Atalar deyib ki, “Haqq nazilər, üzülməz”. Deyiblər, “Hər kəsin bir hesabı var, Tanrının da öz hesabı var”...)
Gəlin olaylara bir də bu bucaqdan baxaq. – 30 il dağlarda gecə-gündüz döyüşən Türk ordusu dünyanın ən güclü ordularından biri olaraq ayaqdaydı, ayaqdadı, ayaqda olacaq! Bu ordu son 30 ilin dağ döyüşü təcrübəsinə, öz nizam-intizamına, texnik təchizatına, quruluşuna, maddi və mənəvi dəstəyinə görə öncül sıralarda olmasıyla dünyada tanınır və qəbul edilir. Bunlarla yanaşı, o da gizlin deyil ki, indi kürd-türk qarşıdurması kimi təsnif edilməyə çalışılan PKK separatizminin durdurulamsı üçün səylər tam arzuolunan sonucu vermir. PKK-ya dəstək duran bir çox kürd də fitvaya düşdüklərini anlamışdır. Bütün bunlara baxmayaraq, Türkiyə yenə də öz köməyini əsirgəmədi: bu yaxınlarda “Ərəb baharının İraq-Suriya təzahürü”ndən zərər görən 200 min yezidi kürdünə imdad elədi.
Gəlin tarixə bir daha nəzər salaq – kimdir yezidi kürdü? – Yezidi kürdünün başçısı Cahandar ağa 1915-ci ildə ermənilərlə birlikdə Osmanlıya qarşı 700 nəfərlik dəstəsi ilə erməniləri müdafiə edib. Qarabağ savaşında yezidi kürdlərinin öz dəstəsi olub... – 500 nəfərlik ermənilərlə birlikdə Azərbaycanlılara qarşı döyüşüblər... Qarabağ savaşında 45 nəfər yezidi kürdü öldürülüb – onların abidəsi belə ucaldılıb Ermənistanda...
Azsaylı xalqlardan ən çox olanlardan biri də yezidi kürdləridir... İraqda savaş başlayarkən yezidi kürdlərinə qarşı, birinci Ermənistanda yezidi kürdlərinin mitinqi başladı... onlar Ermənistan hökumətinə tarixi faktları, yezidi kürdlərinin onları həmişə dəstəklədiklərini bildirərək onlardan kömək istəmişdilər. Bütün bunlara baxmayaraq, Türkiyə yenə də öz insancıl köməyini əsirgəmədi...
Aydındır ki, türkü sevməyən düşmənlərin sifarişini yenə də yerinə yetirən yezidilərin və Yezid adına layiqlərdi... ki, artıq bugün də belə... yaşamları Türkiyədən, türkdən asılı durumdadır... buna baxmayaraq, yenə Türkiyəyə qarşı gəlirlər... Bəs nə üçün onlar görməyə borclu olduqlarını, etirafı Tanrıya xoş gedəcək işləri yaddaş, dil-dodaq dışı buraxırlar?!.
Türk düşmənləri PKK yanlılarını (bəlkə yezidi kürdlərini də) inandırıblar ki, “kürdlərin İraqda dövləti qurulacaq... NATO Türkiyəni müttəfiqlikdən çıxararaq, kürd dövlətinizi müttəfiqliyə qəbul edəcək... Yeraltı sərvətiniz, neftiniz, qazınız da var”... – Bu da onların başına bir fəlakət oldu, artıq özlərini NATO-nun müttəfiqi kimi qələmə verirdilər, sonda...
***
...Bugünlərdə İŞİD PKK-nı vurmasının səbəblərini açıqlayıb. KİV-ə açıqlama verən İŞİD yetkililəri PKK-nı dinsiz təşkilat adlandırıb və onların gələcəkdə Batı xaçpərəstlərinin ən yaxın müttəfiqi olacağını bildirib... İŞİD rəhbərliyi "Elə bu səbəbdən də Kobanini hədəf seçdik" deyib.
Bilirsiz, əgər kürd xalqının gələcəyini istəyirsinizsə, sizə yol göstərənlər... 1000 km.-lə uzaqdadırsa, Türkiyə qulağınızın dibindədir, onun sözünə qulaq asın, xalqınızı bəladan qurtarın... Osmanlının tarixini oxuyub da, dostunuzu-düşmənizi tanıyın ki, biləsiz: siz kimsiz, siz kimin sözüylə kiminlə döyüşürsünüz?!. Tanrıya şükür edin ki, Türkiyə kürdlərin, yezidilərin çoxunu qəbul etdi. Amma... bizim İraq türkmanlarını Kərkükdən Türkiyə pasaportu yoxdu deyə, qəbul etmədi...
Bizim xalqımız İŞID-ın nə olduğunu bilir... Xocalıda 613 nəfəri bir gün içində Yer üzündən sildilər... Bu bizim tariximizdə 4 dəfə yaşanıb, təəsüf ki... Biz İŞID-dən daha təhlükəli olan ermənilərdən dünyanın ən alçaq işlərini, adıyaman hərəkətlərini görmüşük.
Sual oluna bilər ki, qorxaq dediyiniz ermənilər necə oldu ki, 20 faiz torpaqlarımızı tuta bildi.!? Cavab da aydındır: …1907-ci, 1915-ci, 1917-ci və 1991-ci ildə (Quzey Azərbaycanın hakimiyyətsizlik dövründə) ermənilər fürsəti əldən verməsilər. Hansə il Azərbaycanda hakimyyətsizlik olubsa, bizim xalqa basqın edilib. Biz və bizim babalarımız o günləri gördük, yaşadıq. O günlərin təkrar olunmasına yol verməməliyik. – Vətəndaş öz dövlətiniz sahib çıxmalıdır! – Dünyada, Ərəb dünyasında baş verənlər, Türk Dünyasında baş verə biləcəkləri önləmək, ayıq-sayıqlıq göstərmək, işləri xeyirliyə çevirmək anlamında bir tarix dərsidir... – Ən Yeni Dövr Şərq (Dünya) Tarixi...