Modern.az

Mir Cəfər Bağırovun Qaçaq Məmmədqasımla SÖHBƏTİ - TARIX

Mir Cəfər Bağırovun Qaçaq Məmmədqasımla SÖHBƏTİ - TARIX

3 Noyabr 2014, 18:15


Qaçaq Məmmədqasım Samuxlu olub. O 1920-ci il Gəncə üsyanının fəal başçılarından biri olub. Modern.az saytı bu yazıda Qaçaq Məmmədqasımla Mir Cəfər Bağırov arasındakı olmuş hadisədən bəhs edir.
Mir Cəfər Bağırov o zaman Azərbaycan SSR-də ÇK-nın (Fövqəladə Komissiyanın-red.) sədri olanda xəbər tutur ki, Kürün o tayında, Eldar meşələrində məskən salmış Qaçaq Məmmədqasım yerli əhalini çapıb-talayır. Mir Cəfər Bağırov özü kiçik bir dəstə ilə onun arxasınca gedir. Kürnün körpüsünün bu üzündən Məmmədqasıma xəbər gündərir ki, “sənin görüşünə mən gəlmişəm. Atışmaq, dava etmək, qan tökmək lazım deyil. Kişi kimi qabaq -qabağa söhbət edək”.

Bağırov başının dəstəsini, silahını bu üzdə qoyub bərə ilə əliyalın o taya keçir. Hər ağacın başında Qaçaq Məmmədqasımın bir adamı var imiş. Qaçaq Məmmədqasım Mir Cəfəri səmimi qarşılayır. Düşərgədə üz-üzə otururlar. Məmmədqasım adamlarına tapşırır ki, “Mir Cəfər Bağırov bizimlə çörək kəssə, onunla söhbət edəcəyik, yox özünü təkkəbürlü aparsa, davamız davadır”.

Süfrə açılır, yeməklər ortaya gəlir. Bağırov “bismillah” deyib çörək kəsir. Hamıdan əvvəl ilk qisməti əlinə götürür. Bağırovun bütün hərəkətləri- silahsız, adamsız Kürü tək keçib gəlməsi, qaçaqlarla diz-dizə oturub çörək kəsməsi Məmmədqasımı heyrətə gətitir, onun qeyrət damarlarını oyandırır. Qəlbindən belə bir hiss keçir:

"Mir Cəfər Bağırov məndən də qoçaq və qorxmazdır".

Mir Cəfər Bağırov isə ona deyir:

“Məmmədqasım, indi biz bir millətin övladı kimi, qardaş kimi açıq söhbət edə bilərik. Sən nə xalqın, nə də dövlətin düşmənisən. Arada zəhmətkeş insanlara ziyan vurusan. Sən nə qədər ədalətli olsan da, özün və başının dəstəsi hər gün çörək yeməlidir, ət yeməlidir. Əkin əkmirsən, biçin biçmirsən. Demək ki, yaşamaq üçün istər-istəməz kəndləri talamlısan. Xalqın ununu, dənini, mal-qoyununu örüşdən və ya qapısından çəkib gətirməlisən. Bu yoldan əl çək! Başının dəstəsini dağıt! Gəl, səni Gəncədə, Gəncəbasarda bir rayona milis şöbəsinin rəisi qoyum”.

Qaçaq Məmmədqasımın Mir Cəfərə cavabı belə olur:

“Yoldaş Bağırov, bütün bu qiymətli təkliflərinizə görə çox sağ olun. Məni hansısa bir vəzifəyə qoysanız da, düşmənlərim rahat buraxmayacaq. Mənə başqa çıxış yolu deyin”.

Mir Cəfər Bağırov qəti və səmimi bildirir ki, “onda sizin bircə yolunuz qalır. Mən şərait yaradım, dəstəndən kimləri seçirsən seç, özünə və millətinə yaxın olan dövlətlərdən birinə keç”.

Onlar görüşüb ayrılırlar. Bağırov bərə ilə keçib geri qayıdır, Qaçaq Məmməadqasım isə kiçik bir dəstə ilə Türkiyəyə adlayır.

Araz Vəliyev,
tarixçi

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi