Modern.az

Gəncədə repititor müəllimlər cərimələnir

Gəncədə repititor müəllimlər cərimələnir

20 Noyabr 2014, 11:50

Bu gün Azərbaycandakı orta məktəblərdə verilən təhsilin keyfiyyəti barədə birmənalı fikir yoxdur. Bu səbəbdən də övladlarının ali məktəbə qəbul olunmağını istəyən əksər valideynlər orta məktəbin verdiyi təhsilə qane olmayıb, onları repitiror yanına da göndərirlər.
Repititor xidmətinə görə isə kifayət qədər pul xərcləndiyi sirr deyil. Aylıq gəliri 250-300 manat olan elə ailələr var ki, övladının repititor yanındakı hazırlıqları üçün 200 manat xərcləyir.
Qeyd edək ki, repitirorlar verdikləri təhsilin müqabilində əldə etdikləri qazanca görə vergi ödəmədiklərindən, onların göstərdikləri xidmət də icazəsiz sayılır.
Bəzi məlumatlara görə, bir sıra məktəblərdə direktorlar, direktor müavinləri repititor müəllimlərə şərait yaradırlar ki, dərsdən sonra təhsil ocağında hazırlıqla məşğul olsunlar, amma bir şərtlə: qazandıqları puldan onlara da müəyyən haqq ödənilməlidir. Yüksək maaş almayan və repititorluq hesabına müəyyən qazanc əldə edən həmin müəllimlər rəhbərliyin “şərtləri” ilə razılaşmağa məcbur olduqlarını deyirlər.  

Modern.az saytına repitirorlarla bağlı maraqlı bir məlumat daxil olub. Əldə etdiyimiz məlumata görə, Gəncə şəhərində repititor müəllimlər cərimələnməyə başlayıb.
Məlumatda bildirilir ki, hətta şəhərdə repititor fəaliyyətini yoxlayan komssiya da  yaradılıb. Guya, komissiya Təhsil Nazirliyinin rəsmi icazəsi əsasında formalaşdırlırb. Qeyd olunur ki, məktəblərdə yoxlama aparılan zaman dərs vaxtı və dərsdən sonra  repititor fəaliyyəti gösətərən müəllimlər müəyyən məbləğdə cərimələnirlər.
Repititor yanına gedən şagirdlərin bildirdiyinə görə, son günlər onlar və müəllimləri hazırlıq zamanı təşviş içində olurlar. Hətta bu səbəbdən qapını bağlayaraq dərs keçən müəllimlərin olduğu da söylənilir.

Məsələni araşdırmağa çalışacağıq.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi