Modern.az

Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılır - EKSKLÜZİV

Vaqif Səmədoğlu xüsusi təyyarə ilə İsrailə aparılır - EKSKLÜZİV

25 Noyabr 2014, 14:09

“Sabah məni xərəkdə xüsusi təyyarəyə mindidib, İsrailə aparacaqlar. Həyat yoldaşım Nüşabə xanım olmadan heç hara gedə bilmərəm. O da yanımda olacaq”. 

Bu sözləri Modern.az saytına uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən xalq şairi Vaqif Səmədoğlu bildirib.

Vaqif Səmədoğlu hazırda özünün yaxşı hiss etmədiyini də söyləyib: “Özümü yaxşı hiss etmirəm. Halım heç özümdə deyil...”.

Qeyd edək ki, xalq şairi müalicəsini davamlı olaraq İsraildə və vətənda davam etdirir.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi