Modern.az saytı “İlk məhəbbət” layihəsində bu dəfə Rusiyanın birinci prezidenti Boris Yeltsinin həyatının gənclik illərindən bəhs edəcək.
Demokratiya, qiyam, əyyaşlıq xasiyyəti, xaricə səfərləri zamanı xüsusi davranış, geniş qəlbli rus insanı - bunlar hamısı Rusiyanın ilk prezidenti Boris Yeltsinin adı ilə assosiasiya olunur. O, təkcə tanınmış siyasi xadim olmayıb, xalqın ürəyində əsl rus kişisi kimi də özünə yer tapıb. Yəqin ki, keçmiş prezident özü ilə o dünyaya çoxlu sirləri də aparıb. Onun şəxsi həyatı ilə də bağlı çoxlarına bəlli olmayan macəralar baş verib. Onlardan biri də ilk məhəbbətidir. Bu haqda Yeltsinin yalnız ən yaxın dostları və gəncliyində onunla bir yerdə olanlar məlumatlıdırlar...
Yeltsinin sevgilisini əlindən alan etibarsız dost...
Deyirlər ki, Boris Yeltsini ilk güclü məhəbbət tələbəlik illərində, Yekatirinburqda Kirov adına Ural Politexnik İnstitutunun inşaat fakültəsində oxuyarkən yaxalayıb. Keçmiş kurs yoldaşları xatırladıblar ki, Yeltsin Marqarita Yerina adlı qıza nəvaziş göstərib. Rita konkisürən idi, şənlənməyi sevərdi və idmanla maraqlanırdı. Boris Nikolayeviç onunla tez-tez tennis oynayardı. Kurs yoldaşı Anatoli Yujaninov deyir ki, gənc Boris özünün ilk qız rəfiqəsini qoruyurdu və bir dəfə məktəb yoldaşı Mişa Ustinova istehsalat praktikasında onun qayğısına qalmağı tapşırırdı: “Mişa elə canfəşanlıqla dostunun xahişini yerinə yetirirdi ki, nəticədə özü Ritaya vurulur və Borisi qabaqlayaraq ondan əvvəl Ritaya əlini və ürəyini təklif edir”, - Yujaninov deyir.
Borisi toya da dəvət edirlər. O, gəncləri təbrik edərək yarızarafat, yarıgerçək şəkildə Ustinova üzünü tutub deyir: “Eh, səni dostum! Mən sənə Ritanı qorumağı tapşırdım, bəs sən nə etdin?!”.
Ancaq Yeltsin uzun müddət kədərli qalmır və tezliklə digər gözəl və sonradan onun həyat yoldaşı olan nadir adlı Naina ilə maraqlanır...
Ərindən boşanan Marqaritanın etirafı...
Evlilikdən sonra Marqarita əri ilə yaşamaq üçün Perm vilayətinin Bereznyaki şəhərinə gedir, ancaq bir neçə il sonra boşanıb ikinci dəfə ərə gedir. Marqarita ilə kim ünsiyyətdə olurdusa, deyilənə görə, gəncliyində Yeltsindən uzaqlaşmasına təəssüf edir, bununla belə, keçmiş sevgilisi ilə görüş haqda düşünmürmüş.
Naina üçün qışda 40 ən gözəl qızılgül...
“Boris həmişə qadınlara qarşı diqqətli olub, ancaq həmişə belə gəlib ki, o yalnız öz həyat yoldaşını sevib”, - dostlarından biri olan Olkov danışıb.
1996-cı il iyunun 20-də, prezident seçkilərinin ikinci turu ərəfəsi, general-leytenant Aleksandr Korjakov prezidentin təhlükəsizlik xidmətinin rəhbəri postundan istefaya göndərilib.
Aleksandr Korjakovun 1997-ci ildə hazırladığı “Boris Yeltsin: dan yerindən qürubadək” memuarlarındakı fotolardan biri Soçidə çəkilib. Krasnaya Polyanada istirahət edən Yeltsinin yanında bir qız var. Fotonun altında yazılıb: “Qız, mən səni çağıraram. Sonra isə qucaqlayacam, sonra isə aldadaram”.
Olkov deyib ki, fotodakı həmin qızın kim olduğunu bilmir: “ Mənə elə gəlir ki, sadəcə, yaxınlaşıb və Boris Nikolayeviçlə şəkil çəkdirməyi xahiş edib.
Korjakov isə həmin şəklin altında iki başlı bir cümlə yazıb. Borya ilə çoxları şəkil çəkdiymək istəyərdilər. O isə elə sadə, zarafatcıl idi ki, həmişə razılaşardı. Mən, məsələn, görmüşəm ki, Qızıl meydanda dəstənin arasındakı qızlardan biri ona yaxınlaşaraq qışqırıb: “Boris Nikolayeviç, icazə ver, sənə toxunum!”. O, gülümsəyərək deyib: “Hə. Vur”. Beləcə, qucaqlaşıblar, bir-birinə toxunubıar, foto da çəkdiriblər. Bax, belə... Bəli, Borisi qadınlar sevirdilər. Hə, nə olsun? Boris də insan idi, insan kimi ona da heç nə yad deyildi, ancaq bilirəm ki, o öz arvadını sevirdi. Onu qızları necə qarşılayardılar, heç kimi bu mənzərəni görməyib. Bir sözlə, gözəl, dostcasına münasibətləri olan ailə idi. Boris xanımını çox nəvazişlə oxşayardı. Qışda 40 yaşı tamam olanda 40 ən gözəl qızılgül gətirmişdi – bax, bunu mən görmüşəm”.
Borisin ən yaxın dostu sonra həyat yoldaşı olur
Naina Yeltsina və Boris Yeltsin birgə 50 ildən çox ömür sürüblər. Orta məktəbi bitirəndən sonra Naina sənədlərini vermək üçün Tibb İnstitutuna gedir. Yolda məktəb dostlartı ilə rastlaşır. Onların arasında gələcək əri Boris Yeltsin də olur. Uşaqlar qızın hara qəbul olunmağa hazırlaşdığını biləndə, onu anındaca fikrindən daşındırıblar. Nəticədə Naina Yeltsinlə birlikdə Ural Politexnik İnstitutunda oxuyub. Gənc oğlanla qız institutda, sadəcə dostluq ediblər. Boris Yeltsinin yanına doğmaları qonaq gələndə, o, yataqxanadakı otağını onlara verər, özü isə Naina ilə bir çarpayıda yatarmış. Hamı bilirdi ki, Boris və Naina ən yaxşı dostdurlar. Bundan o tərəfə heç nə yoxdur. Ancaq bir dəfə institutda rəqsdən sonra onlar gəzişirlər və bütün gecəni söhbət edirlər. Keçmiş prezident sonralar etiraf edəcəkdi ki, həmin gecə ilk dəfə onu öpüb. Düzdür, ertəsi gün Boris özünü elə göstərirdi ki, guya belə bir şey olmayıb. Hərçənd qıza qarşı əvvəlki kimi səmimiyyətlə yanaşırdı. Səfərdə olanda məktub yazır, məsləhət üçün həmişə yanına gəlir, hətta alnından öpüb zarafatla soruşardı: “Hə, biz nə vaxt evlənəcəyik?”.
“Ürəyim sevgidən ağrıyır, gəl evlənək...”
Təhsilini başa vurandan sonra Nainanı Orenburqa yollayırlar, Borisi Sverdlovskda saxlayırlar. Gənclər başa düşürlər ki, ola bilsin bir də heç vaxt görüşə bilməyəcəklər. Onda Yeltsin deyir: “Gəl, bir il sonra görüşək və evlənək?”.
Naina düşünür ki, gənclər adətən, zarafat edir. Qız Orenburqda normal işləyə bilmir. Daim Boris haqda düşünür. Baxmayaraq ki, ona söz-söhbət çatdırırdılar ki, Yeltsinin Sverdlovskda ciddi bir sevgi romanı yaşayır, hətta evlənməyə də hazırlaşır.
Bir neçə ay sonra Naina teleqram alır: “Borisin ürəyi ilə bağlı problemi var, təcili gəl”. Yeltsin həmin vaxt Kuybışevdə voleybol yarışmasında idi. Naina düşünmədən gəlir. Ancaq xəstəxanada qızın görüşünə sapsağlam Boris gəlir. Qucaqlayıb deyir: “Mən artıq gözləyə bilmirəm. İstəyirdim ki, sən dərhal qaçaraq gələsən. Ürəyimə gəldikdə, aldatmamışam. O sənə sevgimdən elə ağrıyır ki, daha gücüm yoxdur. Gəl evlənək”.
Gənclərin toyu hay-küylü, tələbəsayağı olub. Yeni evlənənlərə o zaman üçün çox qiymətli hədiyyə - “Saratov” soyuducusu verirlər. Bir il sonra onların qızı Yelena, üç il sonra ikinci qızları Tatyana dünyaya gəlir. Naina və Boris Yeltsin 50 ildən çox birgə yaşayıblar. Onların həm sevincli, həm də faciəli günləri olub, ancaq həmişə bir-birinə dəstək veriblər.
Modern.az