Modern.az

Bakı Şəhər Baş Polis İdarəsində 9 əməkdaş “vuruldu” - Rəsmi MƏLUMAT

Bakı Şəhər Baş Polis İdarəsində 9 əməkdaş “vuruldu” - Rəsmi MƏLUMAT

15 Dekabr 2014, 16:20

Bu gün Daxili İşlər Nazirliyində Bakı Şəhər Baş Polis İdarəsində idarəçilik və təşkilatçılıq fəaliyyətinin yoxlanılmasının nəticələrinə həsr olunmuş naziryanı əməliyyat müşavirəsi keçirilib.

DİN mətbuat xidmətindən Modern.az saytına verilən xəbərə görə, işdə yol verdikləri ciddi nöqsanlara görə, Baş İdarənin Təşkilati-İnspektor İdarəsinin rəisi Əli Hacıyev, Kadrlar İdarəsinin rəisi Səbuhi Cəfərov, Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Musa Hacıyev və rəis müavini Mövsüm Qurbanov, Katibliyin rəisi Namiq Aslanov, Təhqiqat Şöbəsinin rəisi Ayxan Bağırov və digər 3 əməkdaş tutduqları vəzifələrdən azad olunublar.

Qeyd olunmalıdır ki, yoxlama Daxili İşlər Nazirliyinin əsas Təşkilati Tədbirlər Planına uyğun olaraq aparılıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi