Modern.az

Keçmiş deputat: “Məni hələ yaxşı tanımırlar, Asya Manafova sözü bir dəfə deyir” - AÇIQLAMA

Keçmiş deputat: “Məni hələ yaxşı tanımırlar, Asya Manafova sözü bir dəfə deyir” - AÇIQLAMA

9 Yanvar 2015, 11:56

“Bir küncə çəkilməyim özümü hər şeydən məhrum etmək deyil”

 “20 il hakimiyyətdə çalışıb xalqa xidmət etmişəm. İndi artıq bir kənara çəkilib oturmuşam. Sadəcə olaraq, yorulmuşam”. Bunu Modern.az saytına açıqlamasında keçmiş deputat Asya Manafova deyib.

Onun sözlərinə görə, zamanında üzərinə düşən vəzifəni yerinə yetirib, artıq yaşlaşıb, indi hakimiyyətdə intellektual gənclərin sayı artıb. 

“Yenidən mətbuata çıxıb açıqlamalar vermək, hər hansı məsələyə münasibət bildirmək fikrim yoxdur. Zamanında  üzərimizə düşən işin öhdəsindən gəlmişik. Bu gün hakimiyyətdə  kifayət qədər savadlı, perspektivli gənclər təmsil olunur. Onların danışmağa daha çox haqqı var. Mən artıq yaşlanmışam. Cavanlara yer vermək lazımdır”. 

“Bəs bu illər ərzində kənara çəkilməyinizdən yorulmamısınız” sualına keçmiş deputat belə cavab verib. 

“Dəfələrlə mənimlə əlaqə saxlamağa çalışanlar olub. Görünür, bəziləri məni hələ də yaxşı tanımırlar. Asya Manafova  sözü bir dəfə deyir. Heç vaxt verdiyim sözdən geri dönmürəm. Bilirəm ki, mənim nə işlə məşğul olmağım sizləri maraqlandırır. Amma mən bir küncə çəkilsəm də o demək deyil ki, özümü hər şeydən məhrum etmişəm. Heç də belə deyil. Tez-tez xarici ölkələrə səfərlər edirəm. İllərdir dost münasibətində olduğum insanlar var. Onlarla daimi olaraq  ünsiyyətdəyəm. Kənara çəkilməklə heç bir işlə məşğul olmasam da, bu məni yormur, əksinə  zövq alıram. Bir növ yorğunluğun dadını çıxarıram”. 

Qeyd edək ki, Asya Manafova Milli Məclisin 1-ci və 2-ci çağırış deputatı olub. Eyni zamanda, keçmiş nazir Əli Nağıyevlə birgə Azərbaycanın Belarusdakı səfirliyində çalışıb.

Namidə BİNGÖL 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi