Modern.az

Azərbaycan Pedaqoji Universitetinə yeni prorektor təyin olundu

Azərbaycan Pedaqoji Universitetinə yeni prorektor təyin olundu

23 Aprel 2015, 21:27

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni kadr təyinatı olub. Modern.az saytının məlumatına görə, professor Fikrət Rzayev bu gün ADPU-nun təlim-tərbiyə məsələləri üzrə prorektoru təyin edilib.

Fikrət Rzayev 1953-cü il martın 16-da Gəncə şəhərində anadan olub. 1970-ci ildə Gəncə şəhərinin 4 saylı orta məktəbini bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini bitirib. 1977-1979-cu illərdə Azərbaycan Pedaqoji İnstitutunun aspirantı olub.

1979-cu ildən sonra uzun müddət BDU-nun rus ədəbiyyatı tarixi kafedrasının assistenti, baş müəllimi, dosenti işləyib.

Filologiya elmləri doktoru, professor Fikrət Rzayev son təyinatadək Lomonosov adına Moskva universitetinin Bakı Filialında Filologiya fakültəsinin dekanı olub.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu