Modern.az

Bakılı Harri Kasparovdan "soyqırımı" AÇIQLAMASI: “Erməni soyqırımı XX əsr soyqırımlarının anasıdır”

Bakılı Harri Kasparovdan "soyqırımı" AÇIQLAMASI: “Erməni soyqırımı XX əsr soyqırımlarının anasıdır”

24 Aprel 2015, 14:45

Şahmat üzrə 13-cü dünya çempionu, keçmiş bakılı Harri Kasparov Twitter-dəki şəxsi səhifəsində qondarma erməni soyqırımına toxunub. Modern.az saytı xəbər verir ki, keçmiş bakılı şahmatçı “erməni soyqırımı”nı “XX əsr soyqırımlarının anası” adlandırıb.

“Bu gün erməni soyqırımının 100 illiyi qeyd olunur. Bütün dəhşətli faciələr kimi bununla barışmaq çətin olsa da, bu reallıqdır. Şər qüvvə biz onun gözünə baxmadıqca, daha da böyüyür. Buna görə də biz hər şeyi öz adı ilə çağırmaq üçün cəsarətli olmalıyıq, xüsusən də söhbət erməni soyqırımından – XX əsr soyqımılarının anasından gedərkən”.

Kasparov Bakını tərk etməsində də toxunub:

"1990-cı ildə mən və mənim ailəm kimi 100 minlərlə digər ailələr qırğınlardan xilas olmaq üçün Bakının tərk etməyə məcbur olmuşduq. Belə cinayətlərin müddəti olmur".  

Hələ 2002-ci ildə Türkiyənin “erməni soyqırımı”nı tanımayacağı halda Avropa Birliyinə üzv qəbul etməməyə çağırdığını deyən Kasparov Türkiyənin də nə vaxtsa “soyqırımı” faktını tanıyacağına ümid etdiyini deyib.

Qeyd edək ki, Harri Kimoviç Vaynşteyn (Kasparov) 1963-cü il aprelin 13-də Bakıda anadan olub. Atası mənşəcə yəhudi Kim Vaynşteyn energetika mühəndisi, anası milliyətcə erməni Klara Kasparova isə avtomatika və telemexanika üzrə mütəxəssis idi.

1989-cu ildə 26 yaşlı Harri anası ilə Bakını həmişəlik tərk edib. O zaman Azərbaycanda milli zəmində gərginlik olduğu üçün dünya çempionu anası ilə xüsusi təyyarədə Moskvaya uçub.

Kasparovun anası Klara hazırda sağdır və oğlu ilə birgə ABŞ-da yaşayırlar.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu