Modern.az

“Putinin ABŞ kəşfiyyatı ilə bağlı dedikləri Azərbaycana qarşı psixoloji təzyiqdir”

“Putinin ABŞ kəşfiyyatı ilə bağlı dedikləri Azərbaycana qarşı psixoloji təzyiqdir”

27 Aprel 2015, 11:10

Putinin açıqlamasına ŞƏRH: “Azərbaycan buna imkan verməz”

 

Rusiya prezidenti Vladimir Putin 2000-ci illərin əvvəllərində ABŞ kəşfiyyatının Azərbaycandakı nümayəndələrinin Şimali Qafqazdakı terrorçularla təmasda olduğunu bəyan edib.   Kreml başçısı “Rossiya 1” telekanalında nümayiş olunan “Prezident” filmində bu barədə danışıb.  

Mövzu ilə bağlı politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli şərh verib.

O, Modern.az saytına bildirib ki, ABŞ kəşfiyyatının Rusiyanı Azərbaycan üzərindən izləməsi ehtimalı azdır. Ekspertin fikrincə, Amerikanın ən üstün cəhəti peyk vasitəsi ilə kəşfiyyat işləri aparmaqdan ibarətdir:

“Onlar peyk vasitəsi ilə hərəkət edən maşının seriya nömrəsini müəyyən edə bilirlərsə və Rusiyada bütün kabinetlərdə aparılan siyasi danışıqları tuta bilirlərsə, daha Azərbaycan üzərindən hansısa nəzarətə ehtiyac yoxdur”. Qabil Hüseynli bildirib ki, Vladimir Putinin dedikləri Rusiyanın Azərbaycana qarşı psixoloji təzyiq vasitəsidir.  

Politoloqun fikrincə, Rusiya liderinin bəyanatı keçmişə işarədir: “Rus-çeçen müharibəsi zamanı Çeçenistandan bəzi yaraqlılar Azərbaycana gətirilirdi və onlar burda qalırdılar. O da düzdür ki, Azərbaycandakı xarici ölkə səfirliklərinin özlərinin kəşfiyyat işlərinə baxan adamları olur”.  

Sabiq dövlət müşaviri söyləyib ki, Azərbaycan istənilən terror şəbəkəsi ilə əlaqələrin üzrə çıxarılması, onun qarşısının alınması gücünə malikdir.  

Qabil Hüseynli onu da əlavə edib ki, Azərbaycan öz üzərindən qonşuların əleyhinə kəşfiyyat işlərinin aparılmasına imkan verməz.   

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu