Modern.az

Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI

4 İyun 2015, 16:39


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində (IX və XI siniflərdə) təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.

Modern.az saytı TQDK-ya istinadən xəbər verir ki, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında //eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış ola bilərsiniz.

Kolleclərə ərizə təqdim etmiş şagirdlərin nəzərinə aşağıdakı məlumatı bir daha çatdırırıq:

Ümumi ( 9 illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan, hər bin fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tam (11-illik) orta təhsil bazasında kolleclərin müsabiqəsində ümumi balı 16-dan və ana dili, riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

V qrup üzrə müsabiqə şərtləri isə 2 saylı "Abituriyent" jurnalında verilib.

Qeyd edək ki, buraxılış imtahanında bir sual 1 balla hesablanır.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi