Modern.az

“Bakı Metropoliten”i “Azərbaycan Dəmir Yolları”na birləşdirilir

“Bakı Metropoliten”i “Azərbaycan Dəmir Yolları”na birləşdirilir

9 İyun 2015, 11:25

Əksər ölkələrdə metropoliten dəmir yolları idarələrinin balansında fəaliyyət göstərir.Bu baxımdan Azərbaycan mediasında “Bakı Metropoliteni”nin “Azərbaycan Dəmir Yolları”na birləşdirilməsinin vacibliyi barədə məlumatların gündəmə gətirlməsi təsadüfi deyil. Bu prosesin ölkədə start götürəcək struktur islahatları zamanı gerçəkləçəcəyi söylənilir.

Modern.az saytına danışan deputat Fəzail Ağamalı deyib ki, hazırda “Azərbaycan Dəmir Yolları”nda ciddi işlər aparılır: “Cavid Qurbanovun vəzifəyə təyin olunması bu sahədə mövcud problemlərin aradan qaldırılmasında son dərəcə mühüm rol oynamaqdadır. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan təmir-tikinti işləri yüksək səviyyədə həyata keçirilir.

“Ən azı Kütləvi İnformasiya Vasitələrindən aldığımız informasiyalar bunu deməyə əsas verir ki, “Azərbaycan Dəmir Yolları”nda ciddi dəyişikliklər baş verməkdədir”.

Deputat eyni zamanda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində də uğurlu fəaliyyətdən söz açıb:
““Bakı Metropoliteni” öz işini müvəfəqiyyətlə qurur, hər hansı problem görmürük”.

Metroplotenin “Dəmir Yolları”nın balansına verilməsi məsələsinə gəlincə, millət vəkili zərurət yarandığı təqdirdə bunu istisna etməyib: “Gələcəkdə zərurət olarsa, “Bakı Metropoliteni”nin “Azərbaycan Dəmir Yolları”na birləşdirilməsi baş verə bilər”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi