Modern.az

Azərbaycanın Avropa Oyunlarındakı bayraqdarı məlum oldu

Azərbaycanın Avropa Oyunlarındakı bayraqdarı məlum oldu

Ölkə

11 İyun 2015, 10:42

I Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını kimin daşıyacağı müəyyənləşib. Modern.az saytı xəbər verir ki, Azərbaycan komandasının önündə üçrəngli bayrağımızı cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.

Milli Olimpiya Komitəsindən verilən məlumata görə, bu gün keçiriləcək tədbirdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə bayrağı Elmar Qasımova təhvil verəcək və o bayraqla Milli Olimpiya Stadionuna gedəcək.

Azərbaycan milli komandasının “Bakı 2015” I Avropa Oyunlarındakı bayraqdarı adına 5 namizəd müəyyənləşmişdi. Bunlar sərbəst güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov, Avropa və dünya çempionu Hacı Əliyev, cüdo üzrə dünya çempionu Elxan Məmmədov, cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov və boks üzrə Avropa çempionu, dünya və Olimpiya mükafatçısı Teymur Məmmədov idi.

Beləliklə, Azərbaycan millisinin bayraqdarı Elmar Qasımov iyunun 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimində komandanın önündə addımlayacaq.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi