Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl iyunun 17-də gecə saatlarında vəfat etdi. Modern.az xəbər verir ki, məlumatı Türkiyə KİV-ləri yayıb. 91 yaşlı S.Dəmirəl səhhətindəki ciddi problemlər səbəbindən mayın 13-də xəstəxanaya yerləşdirilmişdi. O, ürəyindəki, tənəffüs orqanlarındakı və böyrəklərindəki xəstəliklərdən əziyyət çəkirdi.
Modern.az