Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bəyan edib ki, ali məktəbələrə qəbul imtahanların nəticələri bəlli olandan sonra I, II, III və IV ixtisas qrupları üzrə müsabiqədə ümumi balı 200-dən və bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
TQDK-dan Modern.az-a bildirlib ki, ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Kənd təsərrüfatı ixtisaslarının müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir.
Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə ümumi balı 100-dən az olmayan abituriyentlər (onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq edilmir) iştirak edirlər.
Modern.az