Modern.az

Ukraynada vuruşan erməni terrorçusu Qarabağa köçüb – FOTOLAR

Ukraynada vuruşan erməni terrorçusu Qarabağa köçüb – FOTOLAR

28 İyul 2015, 11:06

 

2014-cü ilin may ayından Ukraynanın Luqansk vilayətinin ərazisində rusmeylli separatçıların tərəfində vuruşan Artur Qasparyan Dağlıq Qarabağa köçüb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, Ermənistanın  işğal etdiyi Azərbaycan torpaqlarında yaradılan qanunsuz hərbi birləşmələrin tərkibində müqavilə əsasında xidmət edəcək.

1990-cı ildə Ermənistanın Spitak şəhərində anadan olan Artur Qasparyan 2008-2010-cu ildə Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrindən birində kəşfiyyatçı kimi çalışıb. O, 2010-cu ildə Rusiyaya köçüb və Ukraynanın şərqindəki hərbi əməliyyatlarda aktiv iştirakçı olub.

Qasparyanın başçılıq etdiyi dəstə 2014-cü ilin mayında Donetsk aerportunun ələ keçirilməsində önəmli rol oynayıb.

 

Vüqar İsmayılov
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi