Modern.az

700 bal toplayanlar bu universitetlərin tələbəsi oldular - SİYAHI

700 bal toplayanlar bu universitetlərin tələbəsi oldular - SİYAHI

13 Avqust 2015, 14:08

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2015/2016-ci tədris ili üzrə ali təhsil müəsissələrinə keçirdiyi qəbul imtahanlarının nəticələri dünən açıqladı.
Bu il tələbə adını qazanan abituriyentlər arasında 700 bal toplayan 15 gənc də var.

Modern.az
saytı onların özləri ilə hansı universitetlərə qəbul ulunduqlarını dəqləşdirib.

İsa Məmmədli və Nihad Abbasov Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi fakültəsinə daxil olublar.

Əli Allahverdiyev artıq Qafqaz Universitetinin Mexanika mühəndisliyi fakültəsinin tələbəsidir.

Teymur İsmixanov yeni tədris ilində ADA Universitetinin Kompüter elmləri fakültəsində oxuyacaq.

Firuz Abdullayev isə Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsində təhsil alacaq.

Arzu Həsənli Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə qəbul olunub.

Nərmin Əliyeva ADA Universitetinin Kompüter mühəndisliyi fakültəsinə daxil olub.

Elçin Qasımov Qafqaz Univeristetinin Mühasibat uçotu və audit fakültəsində oxuyacaq.

İbrahim Əhmədov və Əli İsgəndərov ADA Universitetindəki Beynəlxalq münasibətlər fakültəsində birlikdə təhsil alacaqlar.

Lalə Novruzova və Xəyalə Əfəndiyeva isə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının  Hüquq fakültəsində oxuyacaqlar.

Kamran Abdulrəhimov Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub.

Asya Mahmudova və Nurlan Məcidov Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinin tələbələri olublar.

Qeyd edək ki, TQDK tərəfindən keçirilən qəbul imtahanlarında 15 nəfər 700 bal toplamışdı. Onlardan 7-si II qrup, 3-ü II qrup, 3-ü III qrup, 2-si isə IV qrup üzrə imtahan verib.

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi