Cəlilabad Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Asif Əzizov işdən çıxarılıb. Bu barədə Report məlumat yayıb.
Cəlilabad Rayon İcra Hakimiyətindən Modern.az-a Asif Əzizovun işdən çıxma səbəbi haqqında məlumat verilib.
Bildirilib ki, icra başçısı Əziz Əzizovun birinci müavini Asif Əzizov tutduğu vəzifədən dünən azad edilib.
“Asif Əzizov dünən öz istefa ərizəsini təqdim edib”,-deyə bildirilib.
Aytən ZƏHRA