Modern.az

İnəkləri məcburi köçkünlərin yaşadığı binadan çıxaracaqlar – İcra Hakimiyyəti söz verib

İnəkləri məcburi köçkünlərin yaşadığı binadan çıxaracaqlar – İcra Hakimiyyəti söz verib

20 Avqust 2015, 11:21

Ötən gün Abşeronda, “Beynəlxalq qaraj” adlı yerdə məcburi köçkün ailələrinin inəklərlə birgə yaşamağa məcbur olduğu barədə xəbər vermişdik.

Modern.az saytı  Kəlbəcərli məcburi köçkün Əli İsgəndərovun şikayətini işıqlandırdıqdan sonra Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətliləri məcburi köçkünlə əlaqə saxlayaraq yaxın 2-3 gün ərzində problemin aradan qaldırılacağına söz verib.

Nəzərinizə çatdıraq ki, ərazidə 17 məcburi köçkün ailəsi var.

Habil və Sokrat adlı məcburi köçkünlər insanların məcburiyyətdən sığındığı qarajı belə onlara çox görür.

Həmin şəxslər elə yaşadıqları binada heyvandarlıqla məşğuldurlar.

Belə ki, sovetlər dönəmində qaraj kimi istifadə edilən iki mərtəbəli binanın birinci mərtəbəsində mal-qara saxlayır, ikinci mərtəbədə isə digər ailələrlə birgə yaşayırlar.

Abşeron rayon İcra Hakimiyyəti, Qaçqın və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin nümayəndələri dəfələrlə ərazidə olmalarına baxmayaraq insanlar 4 ildir ki, antisanitar şəraitdə yaşamağa məcburdur.

Gülşən RAUFQIZI  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi