Modern.az

Azərbaycan Ermənistanın səfirliklə bağlı yalanını ifşa etdi

Azərbaycan Ermənistanın səfirliklə bağlı yalanını ifşa etdi

25 Avqust 2015, 10:02

   

“Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Xarici İşlər Nazirliyinə nota ilə müraciət edərək Ermənistanın “Zhamanak Daily” xəbər agentliyinin Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin “East Magazine”-nə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barəsində yaydığı xəbərinin yalan olduğunu bildirib”.

Modern.az xəbər verir ki,  Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə açıqlama ilə çıxış edib.

"Notada qeyd olunur ki, bu xəbər “Zhamanak Daily” və ona istinadən Azərbaycanın bəzi xəbər portallarında çıxan zaman Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Fələstin Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb",-deyə Hikət Hacıyev bildirib. 

XİN rəsmisinin sözlərinə görə hər iki qurum tərəfindən bu xəbərin yalan olduğu və ümumiyyətlə, İrəvanda Fələstin səfirliyinin açılması barəsində niyyətin olmadığı təsdiq edilib.  

“Ermənistan KİV-nin ölkəmizin xarici, müdafiə və təhlükəsizlik siyasətinə xələl gətirmək məqsədi ilə bir çox hallarda qəsddən dezinformasiya və təxribat xarakterli məlumatlar yaydıqlarını nəzərə alaraq, bəzi yerli kütləvi informasiya vasitələrinə dəqiqləşdirmə və yoxlama aparmadan bu kimi xəbərlərin yayılmasından çəkinməyi tövsiyə edirik”.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi