Modern.az

15 dairə namizədsiz qalıb - SİYAHI

15 dairə namizədsiz qalıb - SİYAHI

25 Sentyabr 2015, 16:15

 

Noyabr ayında keçiriləcək parlament seçkilərinə namizədlərin qeydə alınması prosesi davam edir. Mərkəzi Seçki Komissiyasından(MSK) Modern.az saytına verilən məlumatda bildirilir ki, bu günə qədər 183 nəfərin namizədliyi qeydə alınıb.

Onlardan 101 nəfəri YAP, 65 nəfəri bitərəf, 5 nəfər BQP, 4 nəfəri BAXCP, 3 nəfər ÜMİD, 1 nəfər VHP, 1 nəfər AVP, 1 nəfər VP, 1 nəfər AMİP, 1 nəfər VBP partiyasından namizədliyini irəli sürüb.

Məlumatda o da qeyd olunub ki, bir neçə dairə üzrə hələ ki, namizədlik qeydə alınmayıb. Modern.az saytı həmin dairələrin siyasıhını təqdim edir:

16 Saylı Yasamal İkinci Seçki Dairəsi 

17 Saylı Yasamal Üçüncü Seçki Dairəsi 

22 Saylı Nəsimi İkinci Seçki Dairəsi 

41 Saylı Sumqayıt Birinci Seçki Dairəsi 

50 Saylı Abşeron-Qobustan Seçki Dairəsi 

51 Saylı Qusar Seçki Dairəsi 

55 Saylı Xaçmaz Şəhər Seçki Dairəsi 

56 Saylı Xaçmaz Şəhər Seçki Dairəsi

66 Saylı Biləsuvar Seçki Dairəsi

69 Saylı Cəlilabad-Masallı-Biləsuvar Seçki Dairəsi

84 Saylı Füzuli Seçki Dairəsi

89  Saylı Göyçay-Ağdaş Seçki Dairəsi

93 Saylı Bərdə Şəhər Seçki Dairəsi

94 Saylı Bərdə Kənd Seçki Dairəsi

108 Saylı Ağstafa Seçki Dairəsi

Gülşən RAUFQIZI


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi