Modern.az

Qarabağın Azərbaycanlı icması Avropada görüşlərə başladı

Qarabağın Azərbaycanlı icması Avropada görüşlərə başladı

1 Oktyabr 2015, 09:05

Sentyabrın 30-da Böyük Britaniyanın Beynəlxaq Münasibətlər üzrə Kral İnstitutunda (“Chatham House”) Qarabağın azərbaycanlı icmasının idarə heyətinin üzvü, deputat Rövşən Rzayev görüş keçirib. Bu barədə Modern.az saytına diplomatik mənbələrdən məlumat daxil olub.

Görüşdə Rövşən Rzayev bundan öncə Separatçı “Dağlıq Qarabağ Respublikası”nın qondarma prezidenti Bako Saakyanın Böyük Britaniyanın Beynəlxaq Münasibətlər üzrə Kral İnstitutunun (“Chatham House”) dəvəti ilə Londona səfər etməsinə kəskin etirazını bildirib: “Bu, beynəlxalq hüquq normalarına ziddir”.  

O, qeyd edib ki, Bako Saakyanın Londona getməsi bir daha sübut etdi ki, dünyada ikili standartlar mövcuddur. Azərbaycanın ərazilərinin işğalında rol oynayan, xalqımıza qarşı Xocalıda soyqırımı iştirakçılarından biri olan Bako Saakyan kimi adamlara şərait yaradılması Azərbaycan ictimaiyyətini narahat edir.  

Qeyd edək ki, görüşün təfərrüatı tam məlum deyil.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi