Modern.az

MTN-dən qovulan qadın general ev dustağı edildi

MTN-dən qovulan qadın general ev dustağı edildi

26 Noyabr 2015, 12:03

Baş Prokurorluğun mətbuat xidməti ötən axşam yaydığı məlumatla Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Natəvan Mirvətovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı istintaqa cəlb edildiyini təsdiqlədi.

Modern.az saytı xəbər verir ki, Baş Prokurorluğun məlumatına görə, MTN-in in Əməliyyat-Texniki Baş İdarəsinin sabiq rəisi Natavan Mirvətova haqqında səlahiyyət hüdudlarından açıq-aşkar surətdə kənara çıxıb qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrlə ayrı-ayrı sahibkarların telefon danışıqlarının dinlənilməsi və digər əməliyyat-axtarış tədbirlərini qanunsuz həyata keçirərək fiziki və hüquqi şəxslərin hüquq və mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına dair təkzibedilməz sübutlar toplanıb.

Baş Prokurorluğun məlumatına görə, MTN-dəki işlərindən qovulan 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.  

“Report”un məlumatına görə, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən şəxs MTN-in Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətovadır.

Modern.az-ın məlumatına görə, Natəvan Mürsəl qızı Mirvətova Bakı şəhərində doğulub, ixtisasca filoloqdur. O, MTN-in Əməliyyat-Texniki İdarəsinin rəisi vəzifəsində çalışıb. N.Mirvətovaya 2009-cu ilin martında general-mayor rütbəsi verilib. 2013-cü ilin martında isə N.Mirvətova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi