Modern.az

MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi həbs edilidi - YENİLƏNİB

MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi həbs edilidi - YENİLƏNİB

25 Dekabr 2015, 19:01


Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, general mayor Elçin Quliyev həbs edilib.

Modern.az xəbər verir ki, bu barədəTrend-ə etibarlı mənbə bildirib.

Qeyd edək ki, bundan öncə, E.Quliyev MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

***

Əldə olunan məlumata görə, hazırda E.Quliyevə məxsus bütün mənzillərdə axtarış əməliyyatları aparılır.

Qeyd edək ki, bir müddət öncə Bakı İstintaq Təcridxanasında intihar etmiş sabiq MTN-çi İlqar Əliyev E.Quliyevin müavini olub.

***

APA-nın məlumatına görə, E. Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi