Bu gün Azərbaycanın o bölgəsi, o yaşayış məntəqəsi tapılmaz ki, orada sənədsiz binalar, xüsusilə yaşayış evləri olmasın.
İş o yerə çatıb ki, ölkənin paytaxtı Bakıda da belə neqativ hallar yaşanır.Və ən qəribəsi odur ki, “bütün dünyanın” gözü önündə Bakıda hündürmərtəbəli binalar tikilir, həmin binalara qaz verilmir. Hətta məlum olur ki, bu binaların sənədləri yoxdur.
Bəs, qanunsuz olaraq belə binaları necə tikə bilirlər? Doğrudanmı müvafiq qurumlar bunu görmürlər? Görmürlərsə, demək işlərinin öhdəsindən gələ bilmirlər. Yox, özlərini görməzliyə vururlarsa, bu daha böyük cinayətdir. İstənilən halda bunun əziyyətini sadə kütlə çəkir.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı məsələ ilə bağlı Modern.az-a bildirib ki, bu gün ölkənin bütün rayonlarında minlərlə guya, qeyri-qanuni səxsi evlər tikilib.
"Yüzlərlə “novostroykalar”da insanlar yaşayır, lakin həmin binalarla bağlı “təhvil alınmayıb” iddiası irəli sürüldüyündən, vətəndaşlar bu ev və mənzillərə sənəd ala bilmirlər. Çox təəssüf ki, belə hallar var və bu, insanlarımız üçün ciddi problemdir”.
Digər məsələ “novostroykalar”la bağlıdır. Burada da cox ciddi problemlər var. Yenə də illərdir ki, hamının gözü önündə vətəndaş bu evdə yaşayır, amma sənədləşdirmə aparılmır. O zaman niyə bu evlərdə yaşamağa icazə verilir? Axı sahibkarlarla müxtəlif strukturlar arasındakı hansısa məsələnin vətəndaşa nə aidiyyatı var?
Ona görə hesab edirəm ki, bu məsələlərin təcili həll olunmasına ehtiyac var, uzandıqca problemlər və narazılıqlar çoxalır”.
Modern.az