Yanvarın 29-da saat 19 radələrində Ağdaş rayonunun Nemətabad kəndində Mingəçevir şəhər sakini İlham Mustafayevin idarə etdiyi “Dodge”, Nicat Şıxəlizadənin və Əyyub Hüseynovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub.
Modern.az saytı Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində Ə.Hüseynov və sərnişinləri - Məmmədirşad Hacıyev, Limon Hacıyeva, Elmira Hacıyeva, habelə İ.Mustafayevin sərnişinlərindən anası Fərqanə Mustafayeva hadisə yerində ölüb, özü və 4 sərnişini, eləcə də N.Şıxəlizadə və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
BDYPİ tərəfindən araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə iştirakçıları nişan mərasimindən qayıdırlarmış...
Modern.az