Prezident İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib. Modern.az xəbər verir ki, bu barədə haqqın.az saytı mlumat yayıb. Akademikin vəfatı barədə xəbər təsdiqlənib.
C.Əliyev prezident İlham Əliyevin əmisidir
Cəlal Əlirza oğluƏliyev 1928-ci il iyun ayının 30-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub. 1934-1944-cü illərdə Naxçıvan şəhərində orta məktəbdə oxuyub. 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakultəsini, 1951-ci ildə isə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin biologiya fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1954-cü ildə Azərbaycan Elmlər Akademiyasının "bitki fiziologiyası" ixtisası üzrə aspiranturasını qurtarıb və 1955-ci ildə "Mikroelementlərin buğdanın inkişafına və məhsuldarlığına təsiri" mövzusunda namizədlik dissertasiyasını (03.00.12 -bitki fiziologiyası ixtisası üzrə) müdafiə edib.
Bu istiqamətdə apardiğım elmi tədqiqatların sonrakı inkişafı "Bitkilərin fotosintetik fəaliyyəti, mineral elementlərlə qidalanması və məhsuldarlığı" mövzusunda müdafiə etdiyi (1971-ci il) doktorluq dissertasiyasında (03.00.12 - bitki fiziologiyası) öz əksini tapıb. 1976-cı ildə Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilib.
1954-cü ildən Azərbaycan KTN Əkinçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb və "Bitki fiziologiyası" şöbəsinin müdiri olub. Eyni zamanda 1976-ci ildən Azərbaycan MEA Botanika İnstitutunda yaradıcı qrupun rəhbəri, sonra laboratoriya müdiri vəzifələrində işləyib.
1981-1990-cı illərdə Azərbaycan EA Biologiya Elmləri Bölməsinin akademik katibi işləyib.
Şəxsi rəhbərliyi ilə 70 nəfərdən çox elmlər namizədi və 10 elmlər doktoru hazırlanıb. 500-dən artıq elmi əsərin, o cümlədən respublikamızda və xaricdə nəşr olunan 20 monoqrafiya və tövsiyyənin, 5 kitabın və 23 patentin müəllifidir.
Elm qarşısında xidmətlərimə görə 6 medal, 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni (1972, 1986); Azərbaycan Respublikasının ən yüksək mükafatı - "İstiqlal" ordeni (1998), Gürcüstan Respublikasının "Şərəf" ordeni (2003) ilə təltif olunub. 1982-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
3 çağırış (1995-2000; 2000-2005 və 2005-2010) Azərbaycan Respublikası Milli Məclisinə Saatlı rayonundan deputat seçilib.
Allah rəhmət eləsin...
Modern.az