Modern.az

Prezident iki icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM

Prezident iki icra başçısını vəzifədən azad etdi - SƏRƏNCAM

3 Mart 2016, 17:40

Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Nayfalı oğlu Quliyevin tutduğu vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Mahmud Quliyev 18 dekabr 2000-ci il tarixindən bu günədək Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

Dövlət başçısının digər sərəncamı ilə Akif İsmayıl oğlu Səlimov Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Akif Səlimov 4 mart 2013-cü il tarixindən bu günədək Laçın Rayon İcra Hakimiyyətinin başçısı idi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi