Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 1-ci sayını abituriyentlərin istifadəsinə təqdim edib.
Modern.az saytı xəbər verir ki, jurnalda aşağıdakı materiallar əksini tapıb:
- 2016/2017 - ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları;
- Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları;
- Hərbi liseylərə qəbul imtahanı proqramları;
- Ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri;
- Fənlər üzrə açıq tipli test tapşırığı nümunələri;
- Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları;
- “Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları;
- Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası.
Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.), kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Modern.az