Modern.az

“Orfoqrafiya lüğəti yenidən nəşr edilirsə, apostrof da bərpa olunsun!” - TƏKLİF 

“Orfoqrafiya lüğəti yenidən nəşr edilirsə, apostrof da bərpa olunsun!” - TƏKLİF 

21 Yanvar 2022, 15:56

Azərbaycan dilinin Orfoqrafiya lüğətinin yenidən nəşr olunacağını nəzərə alan bir qrup ziyalı yeni təklif irəli sürüb.

Modern.az xəbər verir ki, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, dosent Səadət Şıxıyevanın sosial şəbəkədə “Orfoqrafiya lüğəti yenidən nəşr olunacaqsa, apostrof da yerinə bərpa olunsun” təklifi xeyli dəstək qazanıb.

S.Şıxıyevanın sözlərinə görə, Azərbaycan dilinin öz tarixi axarına qayıtması, bir sıra sözlərin normal biçim alması üçün apostrofun bərpası vacibdir”
 

S.Şıxıyevanın təklifini dəstəkləyən ziyalılar bildiriblər ki, apostrofun ləğv edilməsi dilimizin orfoepik xüsusiyyətlətinə zərər vurub.

Bununla yanaşı, təklifə qarşı çıxanlar, apostrofun lazımsız işarə olduğunu bildirənlər də olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular