Modern.az

Baş nazirin Milli Məclis qarşısında son “imtahanı”?..

Baş nazirin Milli Məclis qarşısında son “imtahanı”?..

13 Mart 2017, 10:50

“Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 17-də keçiriləcək”.


Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 

A.Təvəkküloğlu əlavə edib ki,  parlamentin yaz sessiyasının martın 17-də iclasının gündəliyinə 1 məsələ daxil edilib.

 

Gündəliyə daxil olan məsələ aşağıdakıdır:

 

“Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında” hesabatı”.



Modern.az-ın məlumatına görə, martın 17-də Milli Məclisə hesabatı Baş nazir Artur Rasizadə verəcək.

Bu arada bəzi iddialara görə, bu, 82 yaşlı Baş nazirin hökumət adından verəcəyi son hesabat ola bilər. Məlumatlara görə, Azərbaycanda vitse-prezidentlik institutunun yaradılması ilə əlaqədar yaxın aylarda hökumətin strukturunda ciddi dəyişiklik gözlənilir. Bu dəyişiklik nəticəsində 82 yaşlı Artur Rasizadənin vəzifəsilə vidalaşacağı haqda deyilənlər də iddialar sırasındadır.

 

Mirmahmud KAZIMOĞLU

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu