Modern.az

Deputat Tahir Süleymanov qəza zamanı ciddi xəsarət almayıb

Deputat Tahir Süleymanov qəza zamanı ciddi xəsarət almayıb

11 May 2011, 13:15

“Milli Məclisin üzvü Tahir Süleymanovun səhhətində heç bir problem yoxdur və avtomobil qəzası nəticəsində ciddi zədə almayıb”. Bu sözləri Modern.az-a açıqlamasına deputatın həyat  yoldaşı ötən gün baş vermiş qəza barədə danışarkən bildirib.

Deputatın hazırda evdə olduğunu deyən  həyat yoldaşı qeyd edib ki, hadisə ötən axşam millət vəkili tədbirə gedərkən baş verib. 

Qeyd edək ki, bu gün “Qafqazinfo” saytı Azərbaycan Milli Məclisinin üzvü Tahir Süleymanovun avtomobil qəzasına düşdüyü barədə məlumat yayıb. Məlumata görə, qəza bu gecə deputatın “Buta” sarayına dövlət tədbirinə gedərkən yaşanıb. Belə ki, millət vəkilinin sürücüsü ilə yolun əks istiqamətində hərəkət edən “07” markalı jiqulini idarə edən sürücü avtomobilləri bir-birinə çırpıb.  Hadisə dövlət tədbirinin keçirildiyi “Buta” sarayının yaxınlığında baş verib.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj