Modern.az

Milli Məclis - Konstitusiya Məhkəməsi - 7:2

Milli Məclis - Konstitusiya Məhkəməsi - 7:2

11 May 2011, 22:22

Mayın 11-də Milli Məclisin təşəbbüsü ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Parlament kuboku-2011” futbol turnirinə start verilib.
Artıq ənənə şəkli almış bu futbol turniri Bakı Dövlət Universitetinin İdman kompleksində keçirilir. Modern.az-ın məlumatına görə, turnirdə Milli Məclisin və icra hakimiyyəti orqanlarının futbol komandaları iştirak edirlər.

İlk qarşılaşma Milli Məclislə Konstitusiya  Məhkəməsi komandalarının arasında baş tutub. Milli Məclisin komandası Konstitusiya Məhkəməsinin üzərində böyükhesablı qələbə qazanıb - 7:2. 

Qeyd edək ki, iyunun 15-dək davam edəcək tirnirdə 12 dövlət qurumunun futbol komandası yarışır. 4 qrupda dairəvi sistem üzrə keçirilən yarışmanın digər iştirakçıları Prezident Administrasiyası, Xarici İşlər, Vergilər, Nəqliyyat, İqtisadi İnkişaf, Ədliyyə, Səhiyyə, Rabitə və informasiya texnologiyaları, Ekologiya və təbii sərvətlər nazirliklərinin və Ali məhkəmənin futbol komandalarıdır. 

İyunun 15-də turnirin final mərhələsi keçiriləcək, qaliblər mükafatlandırılacaq.

A qrupu

Milli Məclis
Konstitusiya Məhkəməsi
Xarici İşlər Nazirliyi

B qrupu

Prezident Administrasiyası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
Ali Məhkəmə

C qrupu

Vergilər Nazirliyi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Nəqliyyat Nazirliyi

D qrupu

Ədliyyə Nazirliyi
Səhiyyə Nazirliyi
İqtisadi İnkişaf Nazirliyi

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj