Modern.az

Milli Məclis mayın sonunadək pensiyaların artırılması ilə bağlı məsələni müzakirə edəcək

Milli Məclis mayın sonunadək pensiyaların artırılması ilə bağlı məsələni müzakirə edəcək

16 May 2011, 15:40

Pensiya və əmək haqlarının artırılması üçün 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikərlə bağlı təkliflər may ayı ərzində Milli Məclisə daxil olacaq. Bu barədə Modern.az-a Milli Məclisdən məlumat verilib. Məlumatda bildirilib ki, may ayının sonuna qədər büdcəyə əlavə və dəyişikliklərlə bağlı müzakirələr sona çatacaq. 

Qeyd edək ki, əmək haqları və pensiyaların artırılması üçün badcədən əlavə vəsaitlərin daxil edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev ölkənin rayonlarına son səfərlərində  vətəndaşlarla görüşü zamanı pensiya və əmək haqlarının artırılmasının vacib olduğunu və bu istiqamətdə addımlar atılacağını demişdi. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj