Deputat Novruz Aslanovun rayon İcra Hakimiyyətinin başçısı, onun aparatı və yerli strukturların rəhbərləri ilə birgə kəndlərə gedərək sakinlərlə görüşlər keçirməsi İsmayıllı rayonunda ənənəyə çevrilib. Belə sıx əməkdaşlıq sayəsində rayonda bir çox məsələlər operativ surətdə həll olunub.
“Birgə keçirilən belə görüşlərdə sakinlər tərəfindən edilən müraciətlərin bir çoxunun yerindəcə həlli istiqamətində müvafiq yerli qurumlara tapşırıqlar verilir və müvafiq işlər görülür. Kəndlərdə, hətta ən ucqar dağ kəndlərində keçirilən belə görüşlər sakinlərin də ürəyincə olur. Onlar öz sözlərini demək üçün artıq uzun bir məsafə qət etmirlər, əlavə yol xərci və əziyyət çəkib rayon mərkəzinə gəlmirlər. Deputat və icra hakimiyyətinin başçısı öz aparatı ilə birgə özləri onların yanına gəlib müraciətlərini dinləyirlər”-deyə Novruz Aslanovun qərargahından Modern.az-a bildirilib.
İyunun 7-də Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayon İcra Hakimiyyəti başçısının aparatı və yerli strukturların rəhbərləri ilə birgə Aşağı Zərnava kəndində sakinlərin növbəti qəbulunu keçiriblər. Bu görüşdə rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini də iştirak edib. Görüşə gələn sakinlər fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib və əlaqədar yerli qurumlara lazımi tapşırıqlar verilib. Müraciətlər əsasən kəndə gedən yolun təmiri, təbii qazın verilməsi, içməli su və elektrik tarnsformatorunun dəyişdirilməsi ilə bağlı olub. Bu müraciətlər əsasında müvafiq işlərin görülməsi üçün aidiyyəti strukturlara müraciətlərin edilməsi nəzərdə tutulub. Digər məsələlərin icrası yerli strukturlara tapşırılıb.
Məlumat üçün bildirək ki, belə birgə görüşlər bu ilin əvvəlindən bir neçə dəfə keçirilib. Qaldırılan məsələlərin bir çoxu öz müsbət həllini tapıb, zaman tələb edən məsələlər icraata götürülüb və müvafiq strukturlara deputat tərəfindən müraciətlər edilib. Görüşdən sonra kənddə yaşayan 55 ailəyə ərzaq bağlamaları verilib.
Qaldırılan məsələlərin bəzilərini nəzərinizə çatdırırıq:
1. Allahverdiyev Kamal - Kəndin qaz və su problemi barədə.
2. Poladov Samir - Kəndin yol problemi barədə.
3. Abbasov Səraslan - Kəndin elektrik tronsfarmatorunun köhnə olduğunu, yenisi ilə
dəyişdirilməsinə köməklik göstərilməsi barədə.
4. Əsədov Samir - Məktəbdə müvəqqəti yaşayan 5 ailənin məktəbdən çıxarılması
və müvafiq yaşayış yeri ilə təmin edilməsi barədə.
5. Həlimov Allahyar - Yaşayış evlərinə telefon xəttinin çəkilməsi barədə.
6. Məmmədov Rafiq - Kəndə içməli suyun çəkilməsinə köməklik göstərilməsi
barədə.
7.Orucov Daşqın - Məktəbin həyətində yerləşən tronsfarmatorun çıxarılmasına
köməklik göstərilməsini və deputat Novruz Aslanovdan məktəbə 1 dəst
kompüterin verilməsini xahiş etdi.
8. Bidiyev Ötərxan - Yeni doğulan körpələrin peyvənd olunmamasından şikayət etdi,
Rayon Mərkəzi Xəstəxanasının baş həkiminə tapşırıq verildi.
9. Baxışov Valod- Oğuz-Qəbələ-Bakı su kəmərinin pay torpağından keçməsi ilə
əlaqədar kompensasiya verilməsini xahiş etdi.