Modern.az

Milli Məclis Vergilər Nazirliyini yenib kubok aldı

Milli Məclis Vergilər Nazirliyini yenib kubok aldı

14 İyun 2011, 22:20


Modern.az
xəbər verir ki, 12 dövlət qurumunun komandası arasında keçirilən “Parlament kuboku 2011” futbol turniri bu gün yekunlaşıb.

İyunun 14-də BDU-nun stadionunda keçirilən finalda Milli Məclis Vergilər Nazirliyi ilə qarşılaşıb.

Milli Məclis aparatının komandası 1:0 hesabı ilə qalib gələrək “Parlament kuboku 2011”ə sahib olub.

Üçüncü yerin mükafatı isə Xarici İşlər və Səhiyyə nazirliklərinə verilib.

Kuboku Milli Məclisin komandasına parlamentin I vitse-spikeri Ziyafət Əsgərov təqdim edib.


Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı