Modern.az

Milli Məclisin mətbuat katibi: “Parlament qanunvericilik işlər planını 100 faiz yerinə yetirəcək”

Milli Məclisin mətbuat katibi: “Parlament qanunvericilik işlər planını 100 faiz yerinə yetirəcək”

22 İyun 2011, 18:18

“Milli Məclis 2011-ci ilin yaz sessiyası dövründə də məhsuldar  fəaliyyət göstərib”. Bu barədə Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

O bildirib ki, yaz sesiyası dövründə Milli Məclis tam gücü ilə işləyib və Konstitusiyaya, Daxili Nizamnaməyə uyğun fəaliyyət göstərib.

“Yaz sessyası dövründə Milli Məclis qanunvericilik işlər planına aid olan bütün məsələləri müzakirə edib və təsdiqləyib. İyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasıdır. Həmin iclasın gündəliyinə 21 məsələ daxildir. Hesab edirəm ki, həmin gün də Milli Məclis hər zaman olduğu kimi,  məhsuldar işləyəcək. Bununla da birmənalı olaraq demək olar ki, Milli Məclis yaz sessiyası dövründə qanunvercilik işlər planını tam olaraq, 100 faizlə yerinə yetirmiş olacaq”.

Qeyd edək ki, iyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasının son iclasıdır. Bundan sonra qanunvericiliyə uyğun olaraq parlamentarilər məzuniyyətə gedəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı