Dünyanın bir çox ölkələrində ayrı-ayrı dövlət qurumları yalnız paytaxtda deyil ətraf şəhərlərdə, hətta regionlarda da yerləşir. Artıq bu təcrübə qonşu Gürcüstanda da gələn ildən tətbiq ediləcək. Belə ki, 2012-ci ildən Gürcüstan parlamenti ölkənin ən böyük şəhərlərindən hesab edilən Kutaisidə fəaliyyət göstərəcək.
Bəs Azərbaycanda necə, hər hansı dövlət qurumunun ölkənin böyük şəhərlərinə köcürülməsi mümkündürmü?
Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvi Vahid Əhmədov Modern.az saytına bildirib ki, Azərbaycan Mili Məclisinin paytaxtdan kənarda fəaliyyət göstərməsinə heç bir ehtiyac yoxdur. Bununla belə deputat qeyd edib ki, Azərbaycanda infrastruktur inkişaf edir, hər hansı dövlət qurumunun regionlarda fəliyyət göstərməsində heç bir problem yoxdur.
Çünki infrastruktur regionlarda da müasir tələblərə uyğun şəkildə qurulur.
Millət vəkili eyni zamanda Bakı şəhərində bir sıra problemlərin olduğunu və bu problemin başında şəhərin həddindən artıq yüklənməsinin dayandığını bildirib. Onun sözlərinə görə, bəzi idərə və nazirliklər regionlara, Azərbaycanın digər iri şəhərlərinə köçürülə bilər.
“Burada əsəsən Qazaxıstan modelinə diqqət ayırmaq lazmdır. Paytaxt dəyişilərkən Astanada xeyli işlər görüldü və Alma-Ata şəhəri artıq yükdən azad olundu. Bakının da sıxlıqdan azad edilməsinə ehtiyac var. Bu məsələdə iqtisadi cəhətdən heç bir problem yoxdur ”- deyə millət vəkili əlavə edib.
Modern.az