Ermənistan prezidenti Serj Sərkisyan ötən gün Avropa Şurası Parlament Assambleyasında 35 dəqiqəlik çıxışını Azərbaycana qarşı təhdidlər, qarayaxmalar üzərində qurdu.
O, çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini kənara qoyaraq Azərbaycanı ittiham etdi.
Prezidentlərin Kazan görüşü ərəfəsində Sərkisyanın belə açıqlaması həmin gürüşün perspektivini sual altına qoyur.
122 sayı saylı Xankəndi seçki dairəsindən Milli Məclisə deputat secilmiş Flora Qasımova Modern.az saytına bildiriib ki, Sərkisyan ya özünü itirib, ya da onun Qarabağ məsələsindən xəbəri yoxdur: “Artıq bütün dünya Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini qəbul edib və bu faktı təsdiqləyib. BMT-nin Təhlükəsizlik Şürasının, Avropa Şurasının, ATƏT-in, İslam Konfransı Təşkilatının və bu kimi beynəlxalq qurumların Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi ilə bağlı müyyən qətnamələri, sənədləri var. Belə bir məqamda Sərkisyanın sayıqlaması həm də başa düşüləndir. Serj Sərkisyan işğalçı, terrorçu və Azərbaycan xalqına qarşı törədilmiş qanlı əməllərın birbaşa iştirakçısıdır, onun rəhbərlərindəndir. O törətdiyi çinayətin cəzasını alaçağını bilir. Sadəcə, belə görünür ki, özünə bəraət qazandırmaq üçün müxtəlif yollar axtarır, amma bu mümkün olmayacaq. Sonda o təbii ki, törətdiyi cinayətlərin cəzasını alacaq. Belə bir cinayətkara AŞ PA-da tribuna veriməli deyildi. Cinayətkar o tribunadan nə danışa bilər..? Azərbaycanı ermənifobiyada ittiham edir. O necə danışa bilər ki, bu gün Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb. Halbuki, Ermənistan tarixi Azərbaycan torpaqları hesabına yaradılıb. Hesab edirəm ki, bu günkü danışıqlarda Azərbaycan tərəfinin ermənilərə ən böyük güzəşti onların Dağlıq Qarabağda yaşamalarına təminat verməsidir.
Məni qayğılandıran başqa məsələdir, bəzən ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyini görürəm, bu ondan ibarətdir ki, sanki Azərbaycan indiki mərhələdə heç nə olmamış kimi qarşı tərəfdən-Ermənistandan üzr istəməlidir ki, nə yaxşı torpaqları işğal etmisiniz, gəlin barışaq. Mən hesab edirəm ki, bu absurd məsələdir və Azərbaycan güclü dövlətdir, bu məsələləri özü həll edəcək. Sərkisyanın belə bir sayıqlaması, Kazan görüşü ərəfəsində belə bir çıxışı həmin görüşdə konstruktiv mövqe nümayiş etdirməyəcəyinin xəbərdarlığıdır”.
Flora Qasımova 20 il öncəni xatırlayaraq deyib ki, o zaman Xankəndində yaşayan ermənilər Köçəryana, Sərkisyana qarşı olublar: “Ermənilər o zaman deyirdilər ki, Azərbaycan höküməti niyə bunları tutmur. Demək istəyirəm ki, Köçəryanın, Sərkisyanın quldur dəstələri sadə erməniləri o zamandan cana yığmışdı. İndi ona görə Ermənistanda adam qalmayıb. Hamısı bu quldurların əlindən xaricə qaçırlar”.
Modern.az