“Azərbaycan bayrağının tərs asılması texniki məsələdir. Mən bunun siyasiləşdirilməsinin əleyhinəyəm. Düşünmürəm ki, bunu məqsədli şəkildə ediblər”. Bu fikirləri Modern.az saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, belə şeylər o qədər də ciddi xarakter daşımır: “Siz də şahidi oldunuz ki, bundan dərhal sonra Azərbaycandan üzr istənildi. əgər məqsədli şəkldə olsaydı belə bir addım atılmazdı”.
İyunun 22-də Azərbaycan prezident İlham Əliyevin Brüsseldə Avropa Komissiyasının sədri Joze Manuel Barrozo ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın dövlət bayrağı tərsinə asılmışdı. Avropa Komissiyasının saytında yer alan fotolardan bayrağın tərsinə asıldığı aydın görünür.
//ec.europa.eu/avservices/photo/photoDetailsNews.cfm?sitelang=en&rid=6286#0