Modern.az

Deputat İsmayıllıda tədbirdə iştirak edib

Deputat İsmayıllıda tədbirdə iştirak edib

24 İyun 2011, 12:50

İyunun 23-də Milli Məclisin deputatı Novruz Aslanov növbəti dəfə İsmayıllı rayonuna səfər edib. Dövlət qulluqçularının peşə bayramı münasibətilə rayonda keçirilən tədbirə qatılan millət vəkili ilk olaraq rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, deputat Ərəstun Cavadov və digər strukturların rəhbərləri ilə birgə mərhum prezident Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri qoyublar. Sonra Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların uyduqları Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə deputatın qərargahından məlumat verilib.

Tədbir rayon ictimaiyyətinin də iştirakı ilə “Qaya” istirahət mərkəzində davam edib. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun açılış nitqindən sonra deputat Novruz Aslanov çıxış edib.
Millət vəkili son dövrlərdə respublikada sosial-iqtisadi sahədə gedən dinamik inkişafdan söz açıb. Müxtəlif sahələrdə aparılan islahatlardan danışıb. Xüsusilə, insanların rifah halının yüksəldilməsi məqsədilə dövlət başçısının həyata keçirdiyi uğurlu siyasəti önə çəkib. Bu istiqamətdə qanunvericilik sahəsində Milli Məclisin müvafiq qanunlara edilən əlavə və dəyişiklərin əhəmiyyətini vurğulayıb. Dövlət qulluqçuları haqqında qanuna edilən dəyişiklərdən söhbət açan millət vəkili bu adın şərəfli olduğunu, dövlət və millət qarşısında vəzifə və öhdəliklərini, dövlətin həyata keçirdiyi siyəsətin əsas aparıcı qüvvələrindən biri olduğunu bildirərək, görkəmli dövlət xadimi Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini dövlət qulluqçuları üçün bir nümunə olduğunu diqqətə çatdırıb.
Çıxışlardın sonra tədbir incəsənət ustalarının iştirakı ilə davam edib.    


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı