Milli Məclisin bugünkü növbədənkənar iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Gülər Əhmədova yerli bələdiyyələrin fəaliyyətindən narazılıq edib.
Modern.az bildirir ki, deputat bələdiyyələrdə torpaq hərraclarının keçirilməməsini tənqid edərək bunun müvafiq qanunvericiliyə zidd olduğunu vurğulayıb.
“Rayonlarda bələdiyyələr torpaq satışı üçün nəzərdə tutulmuş hərracları keçirmirlər. Bu hərraclar dayandırılıb. Bu isə mənfi haldır. Bizə bununla bağlı xeyli məktublar gəlib. Əhali narahatdır”. Deputat bu məsələnin araşdırılmasını istəyib.
“50-60 il bir evdə yaşayan adama qeydiyyatla bağlı problem yaradılır. Vətəndaş torpağı hərraca çıxararaq sata bilmir”-deyən G.Əhmədova məsələnin həllinin vacib olduğunu deyib.
Modern.az