Modern.az

Azərbaycan və Latviya parlamentariləri razılığa gəliblər…

Azərbaycan və Latviya parlamentariləri razılığa gəliblər…

7 İyul 2011, 13:04

Azərbaycanla Latviya parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Bu barədə Modern.az saytına Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev məlumat verib. O, qeyd edib ki, iki ölkə arasında münasibətlər prezidentlər, parlamentlər səviyyəsində yüksək həddədi və iqtisadi münasibətlər də inkişaf edir.

Qarşılıqlı səfərlərin olub olmamasına gəldikdə, millət vəkili bildirib ki, Pribaltikadan olan deputatlar Azərbaycana tez-tez səfər edirlər:
“Elə indinin özündə də Pribaltikadan parlamentarilər gəlib. Ötən il Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Fuad Muradovla birlikdə Pribaltika ölkələrində olduq. Səfər çərçivəsində bu ölkələrin parlamentariləri ilə protokol imzaladıq. İmzalanan protokol Azərbaycanın dəstəklənməsi, qarşılıqlı inteqrasiya məsələləri ilə bağlıdır. Artıq qarşılıqlı səfərlərin təşkil olunması ilə bağlı da razılığa gəlmişik”. Deputat qeyd edib ki, ümumiyyətlə, Şərq Tərəfdaşlıq Proqramı çərçivəsində Pribaltika ölkələri Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdırlar.
“Təbii ki, Azərbaycan da Pribaltika ölkələri ilə əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Bu əməkdaşlığın genişləndirilməsində hesab edirik ki, parlamentlərarası əlaqələr üzrə işçi qrupları da fəal olmalıdır. Onlar da bu məsələdə öz töfhələrini verməlidirlər. Bu mənada biz üzərimizə düşən yükü yerinə yetirməyə çalışırıq və hesab edirəm ki, bu gün Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətini qənaətbəxş hesab etmək olar”.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı