Modern.az

Deputat Aqiyə Naxçıvanlıdan hesabat

Deputat Aqiyə Naxçıvanlıdan hesabat

29 İyul 2011, 12:01

117 saylı  Oğuz-Qəbələ seçki  dairəsi  üzrə Milli  Məclisin deputatı Aqiyə Naxçıvanlı   2011-ci ilin I yarım ili ərzində seçicilərindən 31-i yazılı, 14-ü isə şifahi olmaqla 45 müraciət alıb. Bu barədə Modern.az-a deputatın köməkçisi Siyavuş Hidayətov məlumat verib.

Deputata təqdim olunan yazılı müraciətlərdən 9-u sosial, 4-ü iqtisadi, 18-i isə digər problemlərə aid olub. Bunlardan 7-i müsbət həll edilib, 4-ü əsassız sayılıb, 19-u aidiyyəti üzrə orqanlara göndərilib, 1-i isə müvafiq dövlət orqanında icraata götürülüb.
Şifahi müraciətlərdən 7-i sosial, 1-i iqtisadi, 6-ı isə digər problemləri əhatə edib. Əsassız hesab edilən müraciətlərdən ikisinin vətəndaşların hüquqlarını bilməməsi səbəbilə izah edilib. Maddi təminatla bağlı bir müraciət araşdırılarkən vətəndaşın kifayət qədər əməkhaqqı aldığı müəyyən edilib, digər bir müraciətdə göstərilən məsələ - vətəndaşların mülkiyyət hüquqlarının pozulması barədə iddianın qaldırılması Milli Məclisin deputatının səlahiyyətləri xaricində olduğu üçün seçiciyə aidiyyəti orqana müraciət edilməsi tövsiyə olunub.

Ötən dövr ərzində deputat tərəfindən seçicilərin qəbulu ayda bir dəfə olmaqla 6 dəfə keçirilib, deputatla seçicilərin yerlərdə (kəndlərdə) görüşləri isə 4 dəfə keçirilib.

Köməkçi tərəfindən isə mütəmadi olaraq kəndlərdə (13 kənddə, əsasən icra nümayəndəliklərində) görüşlər keçirilib, deputatın qəbul otağına gələ bilməyən seçicilərin və kənd ağsaqqallarının müraciətləri, qaldırdıqları problemlər dinlənilib, deputata məruzə olunub.

“6 ayda  deputat tərəfindən 14 xeyriyyəçilik tədbiri keçirilərək bəzi imkansız vətəndaşlara maddi köməkliklər edilib, bir sıra sosial problemlər aradan qaldırılıb”-deyə deputatın qərargahından bildirilib.

Buna misal olaraq Oğuzun Ərmənət kəndinin suvarma, transformator probleminin həll olunmasını, Bayan Peşə Məktəbinə kompüterlərin verilməsini, Mollalı, Baş Daşağıl kənd məktəblərinin problemlərinin həllinə dəstək göstərilməini, Oğuz şəhər qəbirstanlığında 10 min manatlıq abadlıq işlərinin görülməsini, ayrı-ayrı vətəndaşların müalicəsinə maddi yardımın edilməsini göstərmək olar.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı