Modern.az

Milli Məclis Novruz Məmmədovun baş nazir olmasına “HƏ” dedi

Milli Məclis Novruz Məmmədovun baş nazir olmasına “HƏ” dedi

21 Aprel 2018, 12:24

Milli Məclisin növbəti plenar iclası keçrilib.

Modern.az-ın məlumatına görə, iclasda Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri postuna namizədliyinin irəli sürülməsinə baxılıb.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 109-cu maddəsinə görə, Baş nazirin namizədliyini prezident irəli sürür. Və həmin namizəd Milli Məclisə təqdim edilir.

Məsələ daha sonra isə səsverməyə qoyularaq qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu