Modern.az

Deputat ad gününü qeyd edib

Deputat ad gününü qeyd edib

25 Sentyabr 2011, 20:52

Sentyabrın 25-də Milli Məclisin deputatı Adil Əliyev doğum gününü qeyd edib. Modern.az saytının məlumatına görə, deputat 41 yaşını tamam edib.

Adil Abış oğlu Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Maxta kəndində anadan olub. Leninqrad Ali Hərbi Dənizçilik Akademiyasının şturman gəmiləri fakültəsini və Azərbaycan Polis Akademiyasını bitirib. 

1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib.

1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsində Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olub.

2002-ci ildən Bakı Şəhər Baş Polis İdarəsinin bölmə rəisi, Yasamal Rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb.

2005-ci il noyabrın 6-da 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilib.

Adil Əliyev 2010-cu ilin noyabrında ikinci dəfə həmin dairədən deputat seçilib.
Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvüdür.

Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir. Polis əlaçısıdır. İdman ustasıdır. Bitərəfdir.

Ailəlidir. 3 övladı var.

Adil Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin sabiq rəisi, Azərbaycanın Tacikistandakı keçmiş səfiri Məhərrəm Əliyevin qardaşıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı