Modern.az

Deputat Jalə Əliyeva Mədəniyət komitəsinin sədri seçilib

Deputat Jalə Əliyeva Mədəniyət komitəsinin sədri seçilib

Parlament

28 Sentyabr 2011, 14:41

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısı keçirilib. Toplantıda təşkilati məsələlər baxılıb. Yığıncaqda təşkilatın Mədəniyyət komitəsinin yeni sədri və sədr müavinləri seçilib. Türkiyə, Rumıniyadan olan deputatlar Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Asambleyasının Mədəniyyət Komitəsinin yeni sədr müavinləri olublar. Azərbaycanı təmsil edən millət vəkili Jalə Əliyeva isə 2 il müddətinə qurumun Mədəniyyət komitəsinin sədri seçilib.

Azərbaycan Respublikası 1992-cı ildən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) üzvüdür. Respublikamızın QDİƏT-də iştirakının əsas məqsədləri təşkilatın əhatə etdiyi Qara Dəniz regionunda xüsusi rola malik olduğunu sübut etmək və bu rolu möhkəmləndirmək, regiona proqressiv qurucu münasibət bəslədiyini göstərmək, Avropaya inteqrasiya siyasətini bütün ölçülərdə həyata keçirmək, Qara Dəniz bölgəsindən nəqli ehtiva edən qərb yönümlü neft strategiyasının davamlılığını təmin etmək, Azərbaycanın tranzit potensialını gücləndirmək, regionun aparıcı dövlətləri ilə (Türkiyə, Yunanıstan, Ukrayna, Rumıniya, Rusiya və s.) çoxtərəfli tərəfdaşlıq mexanizmi qurmaq və bununla da, strateji maraqlarımızı qoruyub-inkişaf etdirməkdir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı