Modern.az

Erməni deputatlar azərbaycanlı deputatlarla görüşdən qaçdılar

Erməni deputatlar azərbaycanlı deputatlarla görüşdən qaçdılar

4 Oktyabr 2011, 09:13

Ermənistan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Dağlıq Qarabağ üzrə Alt Komitəsinin növbəti iclasında iştirak etməyib. Bu barədə jurnalistlərə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

"Biz xeyli fikir mübadiləsi apardıq və qərara gəlindi ki, onların bu görüşdə iştirak etməmələri haqqında Büroya məlumat verilsin. Mən isə konkret olaraq məsələni qaldırdım ki, siz və biz burada şahidik ki, Ermənistan yekdilliklə qəbul olunmuş AŞ PA Bürosunun qərarını pozur və görüşdə iştirak etmir".

Qeyd edək ki, bu gün Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətlərinin görüşü planlaşdırılırdı.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı