Modern.az

Himni oxuyan deputatlardan oxumayan deputatlara sərt mesaj

Himni oxuyan deputatlardan oxumayan deputatlara sərt mesaj

4 Oktyabr 2011, 10:07

"Bu, utanc verici haldır, ciddi qüsur və ya sayğısızlıqdır…"


Azərbaycan Respublikasının dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və milli birliyinin müqəddəs rəmzidir. Himni bilmək də hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Himnə sayğı vətənə sevginin təzahürüdür. Milli Məclisin hər sessiyası Azərbaycan Respublikasının dövlət himni ilə başlayır və onunla da başa çatır. Müşahidələr göstərir ki, Milli Məclisin sessisyalarının açılışı və bağlanışı zamanı himn çalınarkən deputatların əksəriyyəti onu oxumurlar, sakitcə dayanır, dinləyici mövqeyində dururlar. Yaxşi ki, parlamentdə himnimiz səslənərkən onu oxuyan millət vəkilləri də var. Bu sırada Milli Məclisin sədr müavini Bahar Muradovanı, deputatlardan Fazil Mustafanı, İqbal Ağazadəni, Azay Quliyevi, Çingiz Əsədullayevi, Fərəc Quliyevi, Ceyhun Osmanlını, Məlahət İbrahimqızını, Zahid Orucu, Fuad Muradovu göstərmək olar.

Bəs, qalanlar? Məgər himnimizin nə anlam daşıdığını kəsdirə bilmirlərmi?.

Modern.az-ın əməkdaşı bu məsələyə elə millət vəkillərinin özlərindən münasibət öyrənməyə çalışıb.

Ciddi qüsur və ya sayğısızlıq…

Millət vəkili Fərəc Quliyev Modern.az-a bildirdi ki, Milli Məclisdə himn səslənərkən onu oxumamaq ciddi qüsurdur. O, hesab edir ki, hər bir deputat himnimizi oxumağa borcludur: “Əgər millət vəkilləri himni bilməyib oxumursa, bu çox ciddi qüsurdur, yox əgər bilib oxumurlarsa, bu sayğısızlıqdır. Mən məhbəsdə olanda da hər səhər himn səslənəndə onu oxuyurdum”.

"Bu məsələdə iki fikir var…"

Deputat Ceyhun Osmanlı deyir ki, bu məsələdə iki fikir var: “Bəziləri hesab edir ki, söz və musiqi ilə müşayiət olunan himni oxumağa ehtiyac var, bəziləri də hesab edir ki, buna ehtiyac yoxdur”.

C.Osmanlının sözlərinə görə, bu məsələylə bağlı protokol qaydasını bilmədiyi üçün deputatların himni oxumamasına da qiymət verə bilməz: “Amma buna baxmayaraq,  mən hər dəfə himni oxuyuram. Sözün düzü kimin oxuduğunu, kimin oxumadığını bilmirəm. Bunun nə ilə bağlı olduğunu da deyə bilmərəm, bu, hər kəsin öz işidir”.

Bu, utancverici haldır…

Deputat Etibar Hüseynov bildirdi ki, dövlət atributlarını bilməmək hər bir insana utanc gətirən məsələdir. Onun sözlərinə görə, bütün rəsmi və qeyri-rəsmi şəxslər himni mütləq bilməlidirlər:

“Mən də müşahidə edirəm ki, deputatların bir çoxu himnimizi oxumur. Xususən də yaşlı nəslin nümayəndələri, mənə elə gəlir ki, onlar himni bilirlər, ancaq oxumağı özlərinə yaraşdırmırlar. Amma gənc nəslin nümayəndələri isə daha sərbəstdirlər, onlar oxuyurlar”-deyən E.Hüseynovun sözlərinə görə, nəinki deputatlar, hətta Xalq artisti adnı almış bir çox insanlar, eləcə də idmançılar arasında himnin sözlərini bilməyənlər  çoxdur. E.Hüseynovun sözlərinə görə, bu utancverici haldır.

Sədaqət SÜLEYMANOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı